“PIL” konteyner xətti beş 13 min tonluq konteyner gəmisi sifariş edib
“Pacific International Lines” (“PIL”) konteyner xətti Çindəki “Hudong-Zhonghua” tərsanəsinə beş 13 min tonluq konteyner gəmisi sifariş edib.
“Seanews.az” xəbər verir ki, gəmilər mayeləşdirilmiş təbii qazla işləyə bilən iki yanacaqlı mühərriklərlə təchiz ediləcək.
Konteynerdaşıyanlar sifarişçiyə 2026-cı ilin sonuna çatdırılacaq.
Hazırda Çinin gəmiqayırma zavodlarında “Pacific International Lines” şirkəti üçün səkkiz konteynerdaşıyan – dörd 14 000 tonluq və dörd 8 200 TEU tutumlu konteyner gəmiləri inşa edilir.
Baş direktor Lars Kastrupun fikrincə, yeni sifarişlər “PIL” şirkətinin donanmanın daha böyük və ekoloji cəhətdən təmiz gəmilərlə yenilənməsinə yönəlmiş strategiyasına sadiqliyini göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır