Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-05,
Seanews
Heyder Eliyev

Sinqapurun “PIL” şirkəti LNG ilə işləyən beş konteyner gəmisi sifariş edib

Konteyner daşıyıcısı “Pacific International Lines” (“PIL”, Sinqapur) donanmasının yenilənməsi proqramı çərçivəsində Çinin “Hudong Zhonghua” tərsanəsinə iki yanacaqla işləyən beş konteyner gəmisinin tikintisini sifariş verib.

“Seanews.az” xəbər verir ki, gəmilərin mühərrikləri həm aşağı kükürdlü mazutla, həm də mayeləşdirilmiş təbii qazla (LNG) işləyəcək. “Neopanamax”ölçülü konteyner gəmilərinin tutumu 13 min TEU-dur. Çin tərsanəsi 2026-cı ilin sonundan gəmiləri sifarişçiyə təhvil verməyə başlayacaq.

Daha əvvəl “PIL” gəmiçilik şirkəti iki yanacaqla işləyən səkkiz gəminin tikintisini sifariş etmişdi: dördü 14 min TEU tutumlu və dördü 8,2 min TEU tutumlu. Yeni gəmilər istismara verildikdən sonra daşıyıcının  donanmasında LNG ilə işləyən 13 konteyner gəmisi olacaq.

1967-ci ildə qurulan “Pacific International Lines” dünyanın 12-ci aparıcı konteyner xətti və Cənub-Şərqi Asiyanın ən böyük daşıyıcısıdır. Çin, Asiya, Afrika, Yaxın Şərq, Latın Amerikası və Okeaniyaya daşımaları həyata keçirir. Törəmə şirkətləri “Mariana Express Lines” (“MELL”) və “Malaysia Shipping Corporation” ilə birlikdə “PIL” dünyanın 90 ölkəsində müştərilərə xidmət göstərir. Şirkətin donanmasına 100-ə yaxın konteyner və çoxməqsədli gəmi daxildir. Xətti daşımadan başqa, “PIL”-in konteyner istehsalı, depo və logistika xidmətləri göstərən digər biznes bölmələri də var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır