Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-07,
Seanews
Heyder Eliyev

Baltimor körpüsünün çökməsinin səbəbkarı əsaslı təmir üçün Çinə istiqamət götürüb

Qəzadan təxminən altı ay sonra “Dali” konteyner gəmisi əsaslı təmir üçün Amerika sularından Çinin Ninbo şəhərinə yola düşüb.

“Seanews.az” “Splash247”-yə istinadən xəbər verir ki, gəmi sentyabrın 19-da ABŞ Sahil Mühafizəsi və üç yedək gəmisinin müşayiəti ilə Virciniya ştatının Norfolk şəhərindən yüksüz ayrılıb. “Dali”-nin  Çinə 46 günə çatacağı gözlənilir.

Qeyd edək ki, bu həftə ABŞ Ədliyyə Departamenti “Dali” konteyner gəmisinin sahibi və operatoruna qarşı 2024-cü ilin martında Baltimorda aylarla liman əməliyyatlarını iflic edən qəzaya səbəb olduğuna görə 103 milyon dollarlıq mülki iddia qaldırıb.

2024-cü ilin ən bədnam gəmi qəzası ilə bağlı məhkəmə prosesinin uzun illər davam edəcəyi və yüz milyonlarla dollara başa gələcəyi ehtimal edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır