Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-07,
Seanews
Heyder Eliyev

“CMA CGM Cassiopeia” konteynerdaşıyanı Hyuston limanının Bayport terminalına yan alan ən böyük gəmi olub

Yanvar-sentyabr aylarında ABŞ-ın Hyuston limanının bütün terminallarının ümumi yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% artaraq 39,4 milyon tondan çox olub.

“Seanews.az” xəbər verir ki, 9 ayda konteyner dövriyyəsi 10% artaraq 3,12 milyon TEU-ya çatıb. 2024-cü ilin sentyabrında isə 329,46 min TEU (+1%) təşkil edib.

2024-cü ilin doqquz ayı ərzində yüklənmiş idxal konteynerlərinin aşırılması 8%, ixrac konteynerlərinin aşırılması isə 10% artıb.

Sentyabr ayında 362 metr uzunluğunda, 45,7 metr enində “CMA CGM Cassiopeia” konteyner gəmisi 11,3 min TEU ilə Hyuston limanının Bayport konteyner terminalına yan alıb. Bu konteynerdaşıyan terminalın tarixində qəbul etdiyi ən böyük gəmi olub.

Hyuston limanı hazırda gəmi kanalının genişləndirilməsi layihəsini davam etdirir ki, bu da 2024-cü ilin noyabr ayının sonuna qədər “Neopanamax” ölçülü gəmilərin (15 min TEU) Bayport terminalına daxil olmasına imkan verəcək. Kanalın 161,5 metrdən 213,3 metrə qədər genişləndirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Hyuston Limanı Administrasiyası 100 ildən artıqdır ki, Hyuston gəmi kanalı boyunca limanlara və terminallara, o cümlədən ən böyük yükaşırma kompleksi və iki konteyner terminalına sahibdir və onları idarə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır