Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-12,
Seanews
Heyder Eliyev

Karbon qazını tutmaq və saxlamaq üçün sistemlə təchiz edilmiş ilk gəmi dəniz sınaqlarına hazırlaşır

Norveçin innovativ tankeri “Clipper Eris” dəniz sınaqlarına hazırlaşır.

“Seanews.az” “3Dnews”-ə istinadən xəbər verir ki, bu, öz mühərrikləri tərəfindən buraxılan karbon qazını tutmaq və saxlamaq üçün sistemlə təchiz edilmiş dünyada ilk gəmidir.

“Clipper Eris” tankeri Norveçin “Solvang” gəmiçilik şirkətinin sifarişi ilə Sinqapurdakı “Seatrium” tərsanəsində tikilir.

Gəmidə CO₂ tutma sisteminin quraşdırılması işləri başa çatmaq üzrədir. Tanker  fevralda açıq dənizə yola salınacaq. Yeni texnologiyanın effektivliyini və məqsədəuyğunluğunu qiymətləndirmək üçün sınaqlar iki il davam edəcək. Sınaqların nəticələrinə əsasən “Solvang” gəmiçilik şirkətində tikilməkdə olan yeddi yeni tankerin oxşar sistemlərlə təchiz edilməsi barədə qərar qəbul ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır