Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-25,
Seanews
Heyder Eliyev

Filippin sualtı qayıqlar alacaq

Hərbi texnika və silah arsenalını modernləşdirməyi planlaşdıran Filippin Hindistandan ən azı iki sualtı qayıq və əlavə “BrahMos” raketləri almağa hazırlaşır.

“Seanews.az” “Reuters”-ə istinadən xəbər verir ki, bunu Filippin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kiçik Romeo Brauner bildirib.

"Biz ən azı iki sualtı qayıq əldə etmək istəyirik. Biz - arxipelağıq. Bizim belə potensialımız olmalıdır, çünki sualtı qayıqlar olmadan bütün arxipelağı qorumaq çox çətindir", - deyib qərargah rəisi.

O, həmçinin qeyd edib ki, Filippin Silahlı Qüvvələri 2025-ci və ondan sonrakı illərdə əlavə “BrahMos” gəmi əleyhinə raket kompleksləri alacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır