Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Professor Gül” gəmi-bərəsi əsaslı təmirə daya

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Professor Gül”” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb. Gəmidə   olan  bütün  maşın  və  mexanizmlər,  baş   və  köməkçi   mühərriklər , eləcə də  nasoslar,  separatorlar, soyuducular, kompressorlar  sökülərək təmir  sahələrinə  gətirilib. Bərənin boru sistemləri  və  gövdə hissəsində də təmir işləri gedir. Gəmidə  əlavə  olaraq  maye  yüklərindaşınması zamanı dağılma baş verərsə həmin yükün toplanması üçün  iki   ədəd  13.5 mᶾ-lik  çən  və   qazanizator   quraşdırılması planlaşdırılır. Uzunluğu 154.5, eni 18.3 metr olan “Professor Gül” gəmi-bərəsinin maksimal sürəti 15 uzeldir.  Gəmi-bərə hər səfərdə 28  vaqon götürə bilir. Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Gəmiçiliyin donanmasında 13 ədəd gəmi-bərə, 2 ədəd Ro-Ro tipli gəmi var. Donanmada mövcud olan 13 gəmi-bərədən 7-si 28 vaqon tutumuna, 6-sı isə 52-54 vaqon götürmə imkanına malikdir. Hazırda bu gəmi-bərələr Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüklərin daşınmasına xidmət edir. Rəqabətədavamlı xidmət göstərmək üçün istənilən gəmiçilik şirkəti kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” də donanmasında gəmi-bərələrinin sayını artırmağa xüsusi önəm verir. Bu məqsədlə Gəmiçilik Bakı Gəmiqayırma Zavodunda 2 unikal “Ro-Pax” tipli gəmi-bərənin tikintisi barədə sifariş yerləşdirib. Bununla da Şərq-Qərb və əks istiqamətdə artması gözlənilən yüklərin daşınması maneəsiz həyata keçiriləcək. Bərələrin sayının artırılması Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi, ölkənin tranzit potensialının gücləndirilməsi üçün də çox böyük əhəmiyyətə malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır