Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Xankəndi” gəmisinin tikintisi və istismar sınaqları başa ça

Sualtı tikinti işləri üçün nəzərdə tutulmuş “Xankəndi” gəmisinin tikintisi və istismar sınaqları Bakı Gəmiqayırma Zavodunda artıq bitib. Bu barədə “BP-Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, gəmi  “Şahdəniz-2” layihəsində mühüm bir mərhələdir. Belə ki, qabaqcıl xüsusiyyətlərə malik yeni “Xankəndi” gəmisi Şahdəniz Mərhələ 2-nin sualtı qurğularının daşınması və quraşdırılmasında əsas işləri görəcək. Bu qurğular Xəzərdə indiyədək quraşdırılmış ən böyük sualtı hasilat sistemi olacaq.   Qeyd edək ki, “Xankəndi” gəmisi 2017-2027-ci illərdə “Şahdəniz Mərhələ 2” layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək. 378 mln. dollar dəyərində olan “Xankəndi” gəmisi “DNV GL” şirkətinin (Norveç-Almaniya) təsnifat nəzarəti altında tikilib. Onun uzunluğu 155 metr, eni 32 metr, əsas göyərtəsi isə 13 metrdir. Gəminin 2,5 metr hündürlüyündə dalğalarda fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 tonluq əsas kranı, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, iki ədəd məsafədən idarə olunan aparatı, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası, 6 ədəd 4,4 MVt və 2 ədəd 3,2 MVt gücündə generatoru olan iki mühərrik bölməsi olacaq. Onun ümumi çəkisi 17 600 tondur və suya oturumu 6,5 metr olmaqla daşıma gücü 5 000 ton təşkil edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır