Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

mi daşıyan g

2017-ci ilin  21 avqustunda Malak boğazında ABŞ esminesi ilə tankerin toqquşması nəticəsində hərbi gəmiyə ciddi ziyan dəyir. Onun hadisə yerindən təxliyyəsi üçün digər bir nəhəng gəmi cəlb olunur. “MV Treasure” esminesi həmin gəminin göyərtəsinə yerləşdirilir. Seanews.az  nəhəng gəmiləri təxliyyə edən 50 milyon dollar dəyərində “MV Treasure” gəmisini təqdim edir. Unikal gəmi “DOCKWISE” şirkətinə məxsusdur.  216 metr uzunluğunda qeyri-adi gəmi həm də  nadir konstruksiyası ilə seçilir: İri qabaritli yüklərin göyərtəyə yüklənməsi  “MV Treasure”  gəmisi göyərtəsinə böyük həcmli gəmiləri də qəbul etmək və daşımaq imkanına malikdir. Bu maraqlı proses belə baş verir. Gəminin 43 ballast sisterninin hər biri 8 tona yaxın su qəbul edə bilir.  Nəticədə gəmi üzən tərsanələr tək suyun altına enib iriqabaritli yükü qəbul edir, sonra ballastı buraxmaqla  suyun üzərinə qalxır.  Təxminən 4 saat ərzində gəmi 7 metr dərinliyə enir. Bütün bu proses kapitan körpüsündən idarə olunur. Yükün göyərtədə bərkidilməsi Xüsusi yedək iriqabaritli yükü gəminin göyərtəsində fiksasiya edir. Sonra yük kantlarla üzən vasitəyə bağlanılır. Yalnız bu prosesdən sonra gəmi yola düşür. “MV Treasure” gəmisinin texniki xarakteristikası Gəminin maşın bölməsində ikitaktlı 570 ton çəkisi olan ultragüclü baş mühərrik yerləşdirilib. Aqreqat 80 “Hummer” avtomobili mühərriklərinin gücündədir. Cihaz 50 min mil dayanmadan çalışa bilir. Gəminin sürəti 15 uzeldir. Bütün idarəetmə pultu isə “OCTOPUS” şirkətinin kompyuterləri ilə təchiz olunub. Əminliklə demək olar ki, “MV Treasure” müasir gəmiçiliyin möcüzəsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır