“Botnia Enabler” gəmisi Botniya körfəzində marşruta xidmət göstərəcək
İsveçin Skelleftea limanında “Wallenius Sol” donanmasının yeni gəmisinə ad verilməsi mərasimi keçirilib. Konteyner gəmisi “Botnia Enabler” adlandırılıb.
“Seanews.az”ın məlumatına görə, “Botnia Enabler” İsveç limanı üçün tarixinin ən böyük gəmisi olub. O, həm də çox yanacaqlı mühərriklərə malik dünyanın ən böyük buzqıran tipli “ConRo” gəmisidir.
“Botnia Enabler” Botniya körfəzində Zeebrugge - Antverpen - Kokkola - Oulu - Kemi - Şellefteo - Travemünde marşrutu ilə eyni layihənin “Baltic Enabler” adlı gəmi ilə birgə xidmət göstərəcək.
Gəminin uzunluğu 242 metr, eni 35,2 metr, dedveyti 28 min ton, yük tutumu 960 TEU, maksimal sürəti 20 düyündür.
Qeyd edək ki, “Wallenius Sol” gəmilik şirkəti Finlandiya, İsveç, Almaniya, Benilüks ölkələri və Böyük Britaniyanın şimal limanları arasında müntəzəm xidmətlər həyata keçirir.