Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

900 metrlik yanalma körpüsünə tutumu 18 min TEU-dək olan gəmilər yan ala biləcək

“Maersk Group”-un terminal operatoru olan “Maersk APM Terminals” və Vyetnamın “HATECO” holdinqi Vyetnamın şimalındakı Hayfon limanında yeni dərin konteyner terminalının layihələndirilməsi və tikintisində tərəfdaşlıq barədə razılığa gəliblər.

Bu barədə “Alphaliner” konteyner bazarının həftəlik monitorinqinin son buraxılışında məlumat yayıb.

Layihədəki payların necə bölüşdürüləcəyi barədə isə heç nə deyilmir.

Layihənin dəyəri və investisiyaların həcmi hələ açıqlanmayıb. 2021-ci ildə “HATECO” birinci mərhələnin tikintisinə investisiyanın 6 milyard VND (260 milyon ABŞ dolları) səviyyəsində qiymətləndirildiyini bildirmişdi. Layihə sonralar daha da genişləndirilib.

Terminalın birinci mərhələsinin işə salınması 2025-ci ilə planlaşdırılır. 900 metrlik yanalma körpüsü terminala tutumu 18 min TEU-a qədər olan gəmiləri qəbul etməyə imkan verəcək.

“HHIT” Hayfon Lach Huyenin yeni dərin su sahəsinin ikinci konteyner terminalı olacaq.

İlk “HICT” terminalı 2018-ci ilin mayında açılıb. İllik gücü 1,1 milyon TEU olan terminalın hər biri 750 metr uzunluğunda iki yanalma körpüsü var.

Lach Huyen rayonu Hayfondan təxminən 25 km məsafədə, köhnə limanın şərqində yerləşir, dərinliyi yalnız tutumu 2 min TEU-ya qədər olan fider gəmiləri qəbul etməyə imkan verir.

Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır