Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Birinci rübdə Türkiyə limanlarında 135,3 milyon ton yük aşırılıb

2023-cü ilin yanvar-mart aylarında Türkiyə limanlarının yük dövriyyəsi 135,3 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5% azdır.

“Seanews.az”-ın məlumatına görə, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin hesabatında belə deyilir.

Mart ayında Türkiyə limanlarında 43,3 milyon ton yük işlənib. 2022-ci ilin fevral ayı ilə müqayisədə həcmlər 6,6% azalsa da, 2023-cü ilin fevral ayı ilə müqayisədə 14% artıb.

2023-cü ilin mart ayında Kocaeli (7,19 milyon ton), Əliağa (6,74 milyon ton), Ceyhan (5,02 milyon ton), İskəndərun (4,1 milyon ton), Mersin (3,74 milyon ton) limanlarında daha çox yük aşırılıb. Türkiyənin 10 ən böyük limanında ümumilikdə 36,3 milyon ton yük işlənib ki, bu da ümumi həcmin 84%-ni təşkil edir.

Fevralda Türkiyənin ixracatının əsas istiqamətləri  İtaliya (1,29 milyon ton), ABŞ (955 min ton), İsrail (899 min ton), İspaniya (611 min ton), Yunanıstan (564 min ton),  əsas idxalçılar isə Rusiya (7,2 milyon ton), Misir (1,27 milyon ton), ABŞ (1,25 milyon ton), Ukrayna (968,4 min ton) və İtaliya (848,9 min ton) olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır