Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

BU ilin yanvar-aprelində Liepaya limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb

2024-cü ilin yanvar-aprel aylarında Latviyanın Liepaya limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% azalaraq 2,54 milyon ton təşkil edib.

“Seanews.az”-in liman administrasiyasına istinadən verdiyi məlumata görə, taxıl aşırılmasında 4,4% artım qeydə alınıb və 1,19 milyon ton olub.

Limanın konteyner dövriyyəsi  isə 55% artaraq 1,97 min TEU-ya çatıb.

Liepaya limanının xidmətindən 24,7 min sərnişin istifadə edib ki,  bu da  13% artım deməkdir.

Hesabat dövründə limana 479 gəmi yan alıb və bu, proqnozlaşdırıldığından 4% azdır.

Qeyd edək ki, 2023-cü ildə limanda 7,2 milyon ton yük aşırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır