Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Rusiya və Çin Amurda nəqliyyat dəhlizinin inkişafı məsələsini müzakirə ediblər

Rusiya və Çin “Çinin Şimal-Şərqi – Rusiya Federasiyasının Uzaq Şərqi” Rusiya-Çin intermodal nəqliyyat dəhlizinin inkişafı üçün birgə fəaliyyətini davam etdirəcəklər.

“Seanews.az” xəbər verir ki, Qarışıq Komissiyanın iyulun 31-də videokonfrans vasitəsilə keçirilən növbədənkənar işçi iclasında müvafiq məsələlər müzakirə edilib.

Tərəflər 2024-cü il naviqasiya ili ərzində Çinin “Jianghong Fuxing” gəmisi ilə Aşağı Amurun Rusiyanın daxili su yolları ilə Çinin Fuyuan çay limanına və geriyə (dənizdə) birgə çay-dəniz daşımalarının sınaq səfərinin təşkilini müzakirə ediblər.

Görüşdə naviqasiya amilləri, meteoroloji şərait və hidroloji vəziyyət barədə məlumat mübadiləsi, pilotajlığın təşkili, sərhəd-keçid, gömrük, sanitar-karantin və liman nəzarəti məsələləri müzakirə olunub. Dəniz və Çay Nəqliyyatı üzrə Federal Agentliyin məlumatına görə, iştirakçılar fövqəladə hallarda qarşılıqlı fəaliyyət və yardım məsələlərini də müzakirə ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır