Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-11,
Seanews
Heyder Eliyev

Çinin dəniz və çay limanlarında 11,51 milyard ton yük aşırılıb

2024-cü ilin yanvar-avqust aylarında Çinin dəniz və çay limanlarında ümumilikdə 11,51 milyard ton yük aşırılıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7% çoxdur. Avqustda bu göstərici 2% artaraq 1,51 milyard ton olub. 

“Seanews.az” xəbər verir ki, hesabat dövründə ölkənin dəniz limanlarının yük dövriyyəsi 3,8% artaraq 7,45 milyard ton təşkil edib. Avqustda dəniz limanlarında yük dövriyyəsi 962,3 milyon ton olub ki, bu da 2,6% artıq deməkdir.

Qeyd edək ki, 2023-cü ildə Çinin dəniz və çay limanlarında ümumilikdə 16,97 milyard ton yük aşırılmışdı  ki, bu da 2022-ci ilin göstəricisindən 8% çox idi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır