Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Panama kanalından 225-dən çox kruiz gəmisi keçəcək

Oktyabrın 7-də açılan 2024-2025-ci illər mövsümündə Panama kanalından 225-dən çox kruiz gəmisi keçəcək.

“Seanews.az” xəbər verir ki, kanaldan şimala tranzit edən ilk kruiz gəmisi Los Anceles və Yeni Orlean arasında 15 günlük səyahət edən “Brilliance of the Seas” kruiz gəmisi olub.

14 kruiz gəmisi: “World Explorer”, “Sapphire Princess”, “Le Lyrial”, “Christina O”, “Silver Ray”, “Ocean Explorer”, “Crown Princess”, “Queen Anne”, “Spirit of Adventure”, “Viking Sea”, “SH Vega”, “Seabourn Encore”, “Grand Princess” və “Nieuw Statendam” bu mövsüm ilk dəfə Panama kanalından keçəcək.

“Norwegian Bliss”, “Joy”, “Encore”, “Sapphire Princess”, “Crown Princess”, “Queen Anne, “Grand Princess” və “Nieuw Statendam” da daxil olmaqla 54 “Neopanamax” sərnişin gəmisinin də kanaldan keçəcəyi gözlənilir.

Panama Kanalı Administrasiyasının Ricaurte Váskes deyib ki, 2023-cü ildə administrasiya tranzit keçən 200-dən çox kruiz gəmisinə xidmət edib.

2022-2023-cü il kruiz mövsümündə 210 “Panamax” kruiz gəmisi və 41 “Neopanamax” kruiz gəmisi Panama kanalından tranzit keçib. 2023-2024-cü il mövsümündə iyul ayınadək 201 kruiz gəmisi qeydə alınıb, “Neopanamax” sərnişin gəmilərinin sayı isə 42 ədəd olub.

Administrasiya 2025-ci ildə kruizlərə tələbatın 6,9% artacağını, beynəlxalq kruiz gəmiləri donanmasının isə 19 ədəd artaraq 460-a çatacağını proqnozlaşdırır.

Panama kanalında kruiz mövsümü oktyabrdan may ayına qədər davam edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır