Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Misir Süveyş kanalı ilə daşımanın azalması səbəbindən 6 milyard dollar itirib

Qırmızı dənizdə davam edən gəmiçilik böhranı və Süveyş kanalı vasitəsilə daşımanın azalması səbəbindən Misir iqtisadiyyatı 6 milyard dollar zərər çəkib.

“Seanews.az” xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Əbdül Aati Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Arsenio Dominqes ilə danışıqlar zamanı bildirib.

Qeyd edək ki, Qırmızı dəniz gəmiçilik böhranı bu il bir çox sektorda tariflərə təkan verib. “Clarksons Research”-in son məlumatları göstərir ki, Qırmızı dənizin bağlanması sayəsində bu il ticarət gəmiçiliyi ton millə 6,5% artıb, bu da 2010-cu ildən bəri ən yüksək göstəricidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır