Honkonq limanının konteyner dövriyyəsi 5,7% azalıb
2024-cü ilin yanvar-oktyabr aylarında Çinin Honkonq limanının konteyner dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% azalaraq 11,31 milyon TEU təşkil edib.
“Seanews.az” xəbər verir ki, limanın ən böyük konteyner terminalı olan “Kwai Tsing” vasitəsilə aşırılma 6,7% azalaraq 8,6 milyon TEU-ya düşüb.
Limanın qalan terminalları ilə konteyner aşırmalarda cüzi - 0,2% azalma qeydə alınıb və 2,72 milyon TEU işlənib.
Qeyd edək ki, Honkonq limanı dünyanın ən böyük yükaşırma mərkəzlərindən biridir. Limanın ötürmə qabiliyyəti ildə 456 min gəmi təşkil edir. 2023-cü ildə limanın konteyner dövriyyəsi 14% azalaraq 14,3 milyon TEU olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır