Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Rusiya və Hindistan arasında Vladivostok-Çennai dəniz nəqliyyat dəhlizi fəaliyyətə başlayıb

Rusiya ilə Hindistan arasında Vladivostok-Çennai dəniz nəqliyyat dəhlizi fəaliyyətə başlayıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Hindistanın Limanlar, Gəmiçilik və Su Yolları naziri Sarbananda Sonoval jurnalistlərə bildirib.

O qeyd edib ki, Vladivostok-Çennai nəqliyyat dəhlizinin (Şərq Dəniz Dəhlizi) istifadəyə verilməsi ilə Rusiyanın Uzaq Şərqi ilə Hindistan arasında yüklərin çatdırılma müddəti 16 gün azalıb. Artıq neft, metal və yüngül sənaye məhsulları daşıyan gəmilər Hindistan limanlarına gəlməyə başlayıb.

Hazırda Hindistandan yüklər Avropa vasitəsilə Rusiyanın Uzaq Şərqinə göndərilir və buna 40 gündən çox vaxt gedir; Mumbay və Sankt-Peterburq arasında mövcud ticarət yolunun uzunluğu demək olar ki, 8,7 min dəniz mili, yeni Vladivostok-Çennai dəniz yolu isə təxminən 5,6 min dəniz milidir. Yeni dəniz marşrutu üzrə yükdaşıma müddətlərinin 24 günə qədər azaldılması nəzərdə tutulur.

Yeni nəqliyyat dəhlizinin iki ölkə arasında ticarət və əməkdaşlıq üçün böyük potensiala malik olduğu vurğulanır.

Vladivostok-Çennai dəniz nəqliyyat dəhlizi (Şərq Dəniz Dəhlizi) keçmiş Sovet dövründə fəaliyyət göstərib. 2019-cu ildə Şərq İqtisadi Forumu zamanı Rusiya prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modinin iştirakı ilə Vladivostok ilə Çennai limanı arasında dəniz kommunikasiyalarının inkişafına dair sənəd imzalanıb. 2023-cü ilin sentyabrında Uzaq Şərq və Arktikanın İnkişafı naziri Aleksey Çekunkov marşrutun yenidən işə salınmasının mümkünlüyünü açıqlayıb. Hindistanın Limanlar, Gəmiçilik və Su Yolları naziri Sarbananda Sonoval da əvvəllər təsdiqləyib ki, Moskva və Yeni Dehli yükdaşımaları üçün alternativ marşrutlardan, o cümlədən Şimal Dəniz Marşrutu və Şərq Dəniz Dəhlizindən istifadə potensialını birgə araşdırmağa hazırdırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır