Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-15,
Seanews
Heyder Eliyev

Liepaya limanında sərnişindaşıma 11 ayda 11% artıb

2024-cü ilin yanvar-noyabr aylarında Latviyanın Liepaya limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3% azalaraq 6,52 milyon ton olub.

“Seanews.az” xəbər verir ki, taxıl aşırılması 8,2% azalaraq 2,77 milyon ton təşkil edib.

Hesabat dövründə limanda tikinti materiallarının aşırılması 11,9% azalaraq 611,6 min tona, neft məhsullarının işlənməsi 4,9% azalaraq 228,7 min tona düşüb.

Ümumi yüklərin aşırılması 16,8% artaraq 2,05 milyon tona, o cümlədən taxta materiallarının işlənməsi 47,2% artaraq 372,5 min tona çatıb.

100,9 min vahid Ro-Ro yükləri aşırılıb ki, bu da  11% artım deməkdir.

Sərnişindaşıma 11 ay ərzində 11% artaraq 97,9 min nəfərdən çox olub.

Hesabat dövründə limana 6% az - 1213 gəmi yan alıb.

Liepaya limanı 1990-cı illərdə SSRİ Hərbi Dəniz Qüvvələrinin bazasının yerində yaradılmışdır. 2023-cü ildə limanda 7,2 milyon ton yük aşırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır