Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-24,
Seanews
Heyder Eliyev

Çin limanlarında ümumilikdə 16 milyard ton yük aşırılıb

2024-cü ilin yanvar-noyabr aylarında Çinin dəniz və çay limanlarının ümumi yük dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4% artaraq 16 milyard tona çatıb. Noyabrda bu göstərici 3,7% artaraq 1,53 milyard ton təşkil edib.

“Seanews.az” xəbər verir ki, 11 ay ərzində 3,4% çox - 10,27 milyard ton kabotaj yükləri aşırılıb. Noyabrda bu göstərici 948,2 milyon ton (+3,1%)  olub.

Qeyd edək ki, 2023-cü ildə Çinin dəniz və çay limanlarında 2022-ci illə müqayisədə 8% çox - 16,97 milyard ton yük aşırılmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır