Sinqapur limanının yük dövriyyəsi əvvəlki illə müqayisədə 5,2% artıb
2024-cü ildə Sinqapur limanının yük dövriyyəsi əvvəlki illə müqayisədə 5,2% artaraq 622,7 milyon ton olub.
“Seanews.az” xəbər verir ki, neft yüklərinin aşırılması 1,6% artaraq 195,1 milyon ton, toplu yüklərin aşırılması isə 37% artaraq 30,9 milyon ton təşkil edib.
Hesabat dövründə 27,1 milyon ton ümumi konteynersiz yüklər aşırılıb ki, bu da 4,2% artım deməkdir.
Limanın konteyner dövriyyəsi 5,4% artaraq 41,1 milyon TEU-ya çatıb.
Qeyd edəki ki, Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir. 2023-cü ildə Sinqapur limanında 591,7 milyon ton yük aşırılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır