M-a qoşulacaq limanların sayı artırıl
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu dəhlizinə qoşulacaq limanların sayı artırılacaq. “Seanews.az” xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bildirib. “Bu dəhlizə qoşulacaq limanların sayını artırmaq niyyətindəyik. Qazaxıstanın Aktaudan savayı, həmçinin Kurık limanını, Türkiyənin Samsun limanı ilə yanaşı, daha yeni limanlarını da bu təşəbbüsə qatmaq fikrimiz var”, – deyə T.Ziyadov əlavə edib. Taleh Ziyadov Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yaradılan azad ticarət zonasından da danışıb. Bildirib ki, zonanın bu il fəaliyyətə başlaması nəzərdə tutulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır