Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

var-avqustda 150 mln.ton yük daşı

2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 150,1 mln. ton yük daşınıb və 2016-cı ilin müvafiq dövrünə nisbətən 1,9% artım müşahidə olunub. Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, yüklərin 3,6%-i dəniz nəqliyyatı ilə daşınıb.  Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-avqust aylarında daşınmış yüklərin həcmi 5 mln. 331,1 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 52% artıb. Yüklərin 49,3%-ini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 6 mln. 909,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6 mln. 640,7 min tonunu və ya 96,1%-ini tranzit yüklər təşkil edib. 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 156,2 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 4,1% artaraq 12,7 min nəfər olub. 2017-ci ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin  Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 30 mln. 292,9 min ton, yük dövriyyəsi isə 6 mlrd. 320,5 milyon ton-km olub. Yüklərin 18 mln. 624,4 min tonu və ya 61,5%-i avtomobil nəqliyyatı, 7 mln. 569,4 min tonu və ya 25%-i dəmir yolu nəqliyyatı, 4 mln. 99,1 min tonu və ya 13,5%-i dəniz nəqliyyatı ilə daşınıb. Dəhlizlə daşınmış yüklərin 19%-ini və ya 5 mln. 764,4 min tonunu tranzit yüklər təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır