Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosasiyası təsisçilərinin ümumi iclası keçirilib-

Bu gün  “ Avropa-Asiya arasında inteqrasiya olunmuş nəqliyyat dəhlizləri”  II Beynəlxalq Nəqliyyat Konfransı çərçivəsində “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosasiyasının təsisçilərinin ümumi iclası keçirilib. Ümumi iclasın işində Azərbaycan, Gürcüstan, Qazaxıstan,Polşa və Ukraynanın dəmir yolları, gəmiçilik şirkətləri  və limanların nümayəndələri iştirak ediblər. Toplantıda Azərbaycan  şirkəti olan «ADY Container» MMC-nin    Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumuna yeni üzv kimi daxil olması haqqında qərar qəbul edilib. Tədbirdə yükdaşıma texnologiyalarının təkmilləşdirilməsi sahəsində digər vacib qərarlar verilib. Görüş iştirakçıları bildiriblər ki, TBNM intensiv şəkildə inkişaf edir . Marşrut üzrə texniki məqamlar və vahid tarif siyasəti təkmilləşdirilib və bunun üçün də marşrutun gələcək perspektivləri çox böyükdür. Eyni zamanda ümumi qərarla, Transxəzər Beynəlxalq Marşrutun Avrasiya məkanında tanıdılması və inkişaf etdirilməsi  məqsədi ilə  marşruta “Middle corridor” adı verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır