ı-Tbilisi-Qars layihəsinin operatoru yaradı
“Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” dövlət şirkəti Bakı-Tbilisi-Qars layihəsinin operatoru olan birgə müəssisə yaradacaqlar. Bu barədə “Standard & Poor’s” (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı xəbərdə deyilir. Məlumatda deyilir ki, ilkin mərhələdə adıçəkilən dəmir yolu ilə az həcmdə yüklərin daşınması “Gürcüstan Dəmir Yolları”nın fəaliyyətinə ciddi təsir etməyəcək. S&P qeyd edir ki, dəmir yolu layihəsinin Gürcüstandan keçən hissəsinin tikintisi Azərbaycandan alınan kredit hesabına maliyyələşdirilib. “Bunu nəzərə alaraq biz “Gürcüstan Dəmir Yolları”nın qeyd edilən infrastrukturun sahibi olacağını ehtimal etmirik”, – deyə məlumatda vurğulanıb. Bundan öncə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bəyan edib ki, Bakı-Tbilisi-Qars layihəsinin rəsmi açılış mərasimi oktyabr ayının 28-də baş tutacaq. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yaradılmasına dair hökumətlərarası saziş 2007-ci ildə imzalanıb.