Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

Aİ gəmiçilik sənayesinə zərbəni yumşaltmaq üçün güzəştə getmək məcburiyyətində qalıb

Avropa Birliyi Rusiya neftinin qiymətinin məhdudlaşdırılması məsələsində Kipr, Yunanıstan və Maltaya güzəştə getmək məcburiyyətində qalıb.

Bu barədə Amerikanın “Politico” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, bu dövlətlər qiymətlərin yuxarı həddinə  qarşı çıxıblar, çünki onların tankerləri Rusiya yanacağının daşınmasında iştirak edir. Sonradan məlum olduğu kimi, Brüsselin dəstək tədbirləri ilə bağlı vədləri Yunanıstan və Kipri ​​öz mövqelərinə yenidən baxmağa vadar edib.

"Rəsmilər bildiriblər ki, Aİ gəmiçilik sənayesinə zərbəni yumşaltmaq üçün artıq üç ölkəyə güzəştə gedib və digər Rusiya mallarına qarşı sanksiyaları yumşaldıb... ", - məlumatda deyilir.

Qeyd edildiyi kimi, söhbət gübrələrdən və sementdən gedir.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır