Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“Mərkəzi Azəri” və “Şərqi Azəri”də infrastruktur və sualtı xətlərin birləşdirilməsi işləri başa çatıb

“Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsində “Mərkəzi Azəri” və “Şərqi Azəri” üzrə mövcud infrastruktur işləri yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, həmçinin sualtı qaz və neft boru xətlərinin birləşdirilməsi işləri də başa çatıb.

Qeyd edək ki, ACE boru kəmərlərinin uzunluğu 6 ilə 12 kilometr arasında dəyişir və bunlar mövcud AÇG sualtı ixrac boru kəmərlərinə birləşir. Qaz xəttində sualtı birləşdirmə işləri artıq tamamlanıb. Neft və suvurma xətlərinin birləşdirilməsi isə hələ davam edir və 2023-cü ilin ikinci rübündə tamamlanacağı gözlənilir.

ACE layihəsinə indiyədək 2,9 milyard dollar vəsait ayrılıb. Layihənin ümumi dəyəri isə 6 milyard dollar təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır