Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-05,
Seanews
Heyder Eliyev

Tatarıstan tanker donanmasını canlandırmaq istəyir

Tatarıstan hakimiyyəti çay neft tankerləri donanmasının əvvəlki şöhrətini bərpa etməyi düşünür. Bu, neftin nəqlində yaranan çətinliklərlə bağlıdır. Respublika büdcəsinin əhəmiyyətli hissəsini neftin satışından əldə olunan gəlirlər təşkil edir.

“Seanews.az” xəbər verir ki, bu ideyanın həyata keçirilməsi üçün xarici tərəfdaşların cəlb edilməsi və yerli tərsanələrin imkanlarından istifadə edilməsi nəzərdə tutulur.

“Biz yeni imkanlar və əlaqələr əldə edirik ki, bu da böyük nəticələr verəcəkdir. İndi neft satışı ilə məşğul olan treyderlər gəmilər əldə edirlər və bu, respublikada inkişaf edən gəmiqayırma sənayesinin böyüməsini stimullaşdırır”, - deyə Tatarıstan Respublikası Baş nazirinin müavini Oleq Korobçenko bildirib.

“Tatarıstan 24” telekanalında səsləndirilən fikirlərə görə, son zamanlar Tatarıstandan Qərbə çoxlu malların tədarükü kəsilib və bu, respublikanı Asiyada yeni tərəfdaşlar axtarmağa məcbur edib. Dəyişən logistika şəraitində tankerlərə sahib olan iri şirkətlər regionda istehsal müəssisələrinin açılmasında  maraqlı ola bilərlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır