Şimal dənizində qaz platformasında tüstülənmə olub
Şimal dənizində "Sleipner" platformasının paylayıcı otağında tüstülənmə olub.
"Seanews.az" xəbər verir ki, bu barədə Norveçin "Equinor" şirkəti məlumat yayıb.
Məlumata görə, hadisə dünən (oktyabrın 22-də) baş verib. Dərhal "Skandi Mongstad" gəmisi həmin əraziyə göndərilib. Həmçinin istehsal dayandırılıb.
Qeyd edək ki, "Sleipner" platformalarının ümumi texniki tutumu sutkada 16,9 milyon kubmetr (illik 6,2 milyard kubmetr) təşkil edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır