Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

“Shell” “Guangzhou Shipyard International” gəmiqayırma şirkəti ilə “MR2” tipli 10 tankerin tikintisi üçün müqavilə imzalayıb

Böyük Britaniyanın neft-qaz şirkəti “Shell” əvvəllər imzalanmış niyyət məktubuna uyğun olaraq, “Guangzhou Shipyard International” (“GSI”, “CSSC” qrupunun törəmə şirkəti) gəmiqayırma şirkəti ilə  “MR2” tipli  10 tankerin tikintisi üçün müqavilə imzalayıb.

Bu barədə “Seanews.az” sahə nəşri “Rivera”-ya istinadən məlumat yayıb.

Sifarişin ümumi dəyəri təxminən 500 milyon dollardır (hər gəmi üçün 48 milyon dollar). Gəmilər 2027-2028-ci illərdə sifarişçiyə təhvil veriləcək. “Shell” hazırda əsasən qaz, neft və kimyəvi tankerlər olmaqla 28 gəmini idarə edir.

Nəşr qeyd edir ki, gəmi sahibləri yeni gəmilər sifariş edərkən dedveyti 25-50 min ton olan orta tonajlı “MR2” tankerlərinə üstünlük verirlər. Sentyabrın sonunda “MR2” gəmiləri üçün sifarişlərin tanker donanmasına nisbəti avqustda 15,9% ilə müqayisədə 17,3% (dedveyt üzrə) təşkil edib. Sifariş portfelinin həcminə görə, bu gəmilər indi tanker bazarında “Aframax / LR2” -dən sonra ikinci yeri tutur.

Bazar analitiki “Xclusiv Shipbrokers”-in məlumatına görə, mövcud donanma ümumi tutumu 86,3 milyon ton olan 1762 gəmidən ibarətdir və sifarişlər kitabına 300 gəmi (14,95 milyon ton) daxildir. Qrafikə əsasən, yeni gəmilərin əksəriyyəti bazara 2026-cı ildə çıxacaq.

Orta tonajlı tanker donanmasının yenilənməsi zəruridir, çünki 15-20 il əvvəl tikilmiş və hazırda istismarda olan gəmilərin payı donanmanın 24,7%-ni təşkil edir. Ondan sonra 11-15 yaşlı (24,3%) və 6-10 il əvvəl tikilmiş gəmilər (22,8%) gəlir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır