Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

aliya şirkəti: TAP-ın tikintisi plana uyğun g

Transadriatik boru kəmərinin (TAP) tikintisi “Şahdəniz-2” yatağından Azərbaycan qazının 2020-ci ildə Avropaya tədarükünə başlanılması planına uyğun olaraq davam etdirilir. Seanews.az  Trend-ə istinadən xəbər verir ki, bunu  TAP-ın səhmdarlarından biri olan “Snam” şirkətindəki (İtaliya) mənbə deyib. O qeyd edib ki, zeytun ağaclarının təhlükəsiz köçürülməsindən sonra kiçik tunellərin tikintisi üçün meydan hazırlanıb. Mənbə bildirib ki, TAP və ümumilikdə “Cənub Qaz Dəhlizi” həm İtaliya, həm də bütün Avropa üçün çox mühüm layihədir: “Cənub Qaz Dəhlizi” gələcəkdə Avropaya qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsi, eləcə də tədarükün təhlükəsizliyini gücləndirmək üçün konkret imkanlar təqdim edir”. O əlavə edib ki, “Snam” şirkəti öz təcrübəsi və imkanları ilə layihənin həyata keçirilməsi ilə bağlı müvafiq icazələrin alınması prosesində TAP-a dəstək verir və Xəzər qazının Avropaya nəzərdə tutulan müddətdə çatdırılmasını təmin etmək məqsədilə İtaliyada layihənin idarə edilməsi üzrə xidmətlər göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır