Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ASELSAN böyük beynəlxalq gəmi zavodunun istifadəsi üçün 18 milyon 872 min 400  dollar dəyərində satış müqaviləsi imzalayıb

ASELSAN ilə adı açıqlanmayan beynəlxalq müştəri arasında 18 milyon 872 min 400 dollarlıq satış müqaviləsi imzalanıb.

Ordu.az xəbər verir ki, müqavilə ilə bağlı məlumat ASELSAN-ın İctimaiyyəti Məlumatlandırma Platformasına (İMP) verdiyi açıqlamada qeyd olunub:

“ASELSAN böyük beynəlxalq gəmi zavodunun istifadəsi üçün ümumi dəyəri 18 milyon 872 min 400 ABŞ dolları olan, müdafiə sistemlərini əhatə edən beynəlxalq satış müqaviləsi imzalayıb”.

Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) ASELSAN-dan əlavə radar sifariş etmişdi. 976,5 milyon TL + 97 milyon dollar dəyərində olan müqavilə çərçivəsində sifarişlər 2025-2030-cu illər arasında çatdırılacaq.

Fevralın 17-də dərc edilən İMP bəyanatında aşağıdakı ifadələr yer alıb: “20.06.2016-cı il tarixində ASELSAN ilə Müdafiə Sənayesi Komitəsi arasında imzalanmış müqavilə ilə bağlı dəyişiklik edilib. Müvafiq müqaviləyə əlavə olaraq ASELSAN-a ümumilikdə 976.500.000 türk lirəsi və 97.000.000 ABŞ dolları dəyərində radar təchizatı sifarişi verilib. Sözügedən müqavilə çərçivəsində tədarüklər 2025-2030-cu illər arasında həyata keçiriləcək”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır