Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

49,3% payı 1,49 milyard dollara alacaqlar

Cənubi Koreyanın Ədalətli Ticarət Komissiyası (KFTC) “Hanwha Group”-un ziyanla işləyən “Daewoo Shipbuilding & Marine Engineering” (“DSME”) şirkətinin səhmlərinin əksəriyyətini almaq təklifini bəyənib.

Müqavilənin şərtlərinə əsasən, “Hanwha Group”-un törəmə şirkətləri “DSME”-nin ən böyük səhmdarı olan dövlətə məxsus Koreya İnkişaf Bankında (KDB) 49,3% payı 1,49 milyard dollara (2 trilyon von) alacaqlar.

Təsdiqə kimi müxtəlif ölkələrin, o cümlədən Avropa İttifaqı, Yaponiya, Çin, Sinqapur və Böyük Britaniyanın antiinhisar orqanlarından rəsmi icazələr alınıb.

Eyni zamanda, Cənubi Koreyanın Ədalətli Ticarət Komissiyası tərəfindən verilən təsdiqdə “DSME”-nin hərbi-dəniz gəmilərinin tikintisi və müvafiq avadanlıq və texnologiyaların istehsalı ilə məşğul olacağını müəyyən edən bənd var.

Cənubi Koreya mətbuatının məlumatına görə, rəsmi müqavilə bağlandıqdan sonra “DSME”-nin adı dəyişdiriləcək və “Hanwha Ocean” kimi fəaliyyət göstərəcək.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır