Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“MOL” kimyəvi yüklərin dəniz daşımaları üzrə ixtisaslaşan şirkəti satın alıb

“MOL Chemical Tankers” kimyəvi yüklərin dəniz daşımaları üzrə ixtisaslaşan “Fairfield Chemical Carriers” “(FCC”) şirkətini satın aldığını bildirib.

“Seanews.az” xəbər verir ki, əməliyyatın dəyəri 400 milyon dollar qiymətləndirilir.

Müqavilənin şərtlərinə əsasən, “MOL Chemical Tankers” “FCC” səhmlərinin 100%-ni alacaq. Beləliklə, 85 gəmidən ibarət “MOL Chemical Tankers”-in donanması 36 FCC kimyəvi tankerlə tamamlanacaq.

“MOL” qeyd edir ki, kimyəvi tankerlər bazarının güclü inkişaf perspektivləri var, ona görə də şirkət bu sektora investisiya yatırmağa davam etməyi planlaşdırır.

Qeyd edək ki, “Fairfield Chemical Carriers” 1996-cı ildə yaradılıb. Onun donanmasının orta yaşı 4-5 il, gəmilərin ümumi dedveyti təxminən 800 min tondur.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır