Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-09-25,
Seanews
Heyder Eliyev

“MSC Group” Almaniyanın ən böyük liman və nəqliyyat-logistika şirkətini almağı planlaşdırır

“Port of Hamburg Beteiligungsgesellschaft SE” şirkəti “Hamburger Hafen und Logistik AG” (“HHLA”) logistika şirkətini almaq istədiyini açıqlayıb.

"Seanews.az" xəbər verir ki, bu barədə “HHLA”-nın mətbuat xidməti məlumat yayıb.

Sentyabrın 13-də “Port of Hamburg Beteiligungsgesellschaft SE” idarəedici şirkətinin (bütünlüklə İsveçrənin “Mediterranean Shipping Company S.A.” şirkətinə məxsusdur, “MSC”) qərarı dərc edilib.

 “Port of Hamburg Beteiligungsgesellschaft SE” də elan edilən təkliflə əlaqədar olaraq “MSC” sentyabrın 13-də məcburi müqavilə bağladığını açıqlayıb. O, satınalma təklifinin əsas parametrlərini və şərtlərini və “HHLA” ilə bağlı tərəflərin qarşılıqlı niyyətlərini və anlaşmalarını müəyyən edir.

İcraiyyə Şurası, “HHLA” Müşahidə Şurası ilə birlikdə elan edilmiş satınalma təklifini nəzərdən keçirəcək və qiymətləndirəcək.

“Hamburger Hafen und Logistik AG” Almaniyanın ən böyük liman və nəqliyyat-logistika şirkətidir. Hamburqdakı üç terminalı Asiyadan Mərkəzi və Şərqi Avropaya marşrutlar üzrə daşınan yükləri idarə edir. Dəmir yolu operatorları Şimal və Baltik dənizlərindəki limanlardan, Mərkəzi və Şərqi Avropanın daxili hissəsindən, həmçinin Adriatik və Türkiyədən konteynerlərin daşınması xidmətləri göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır