“Ocean Alliance” çərçivəsində tərəfdaşlıq müddəti 2032-ci ilə qədər uzadılıb
Dünyanın ən böyük gəmiçilik xətləri “CMA CGM”, “COSCO Shipping Lines”, “Evergreen Marine Corporation” və “OOCL”-ni özündə birləşdirən “Ocean Alliance” gəmiçilik konsorsiumu fəaliyyətini 2032-ci ilə qədər uzadıb.
“Seanews.az” xəbər verir ki, bu barədə “CMA CGM”-nin mətbuat xidmətindən bildirilib.
27 fevral 2024-cü il tarixində Şanxayda (ÇXR) alyans iştirakçılarının rəhbərliyi əməliyyat əməkdaşlığının daha beş il müddətinə uzadılmasına dair anlaşma memorandumu imzalayıb.
2017-ci ilin yazında yaradılmış “Ocean Alliance” dünyanın ən böyük əməliyyat gəmiçilik şəbəkəsidir və beynəlxalq ticarət yollarının əsasını təşkil edir.
Qeyd edək ki, “Ocean Alliance”-ın donanması 4,3 milyon TEU tutumlu 303 konteyner gəmisindən ibarətdir. “Ocean Alliance”-ın Avropa-Asiya xidmətlərində payı 34%, Asiyadan Şimali Amerikaya gedən xətlərdə isə 35% təşkil edir. “Ocean Alliance” bu gün Asiyanı Şimali Avropa, Aralıq dənizi, Yaxın Şərq və Şimali Amerikanın şərq və qərb sahilləri ilə birləşdirən yeddi əsas beynəlxalq “Şərq-Qərb” konteyner xəttini idarə edir.