Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

ABŞ administrasiyası Merilend ştatının Baltimor şəhərində dağılmış Frensis Skott körpüsünün təmiri ilə bağlı ilkin xərclər üçün 60 milyon dollar ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Nəqliyyat Departamentinin yaydığı məlumatda deyilir.

Məlumata görə, vəsait körpünün layihələndirilməsi və yenidən qurulmasına sərf olunacaq. Gələcəkdə zərurət yaranarsa, vəsait artırılacaq.

Qeyd edək ki, martın 26-da Baltimorda Sinqapur bayrağı altında üzən gəmi Frensis Skott körpüsünə çırpılıb. Körpünün çökməsi nəticəsində bir neçə avtomobil suya düşüb. Nəticədə 6 nəfər faciəvi şəkildə ölüb, 7 nəfər ağır yaralanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır