Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-26,
Seanews
Heyder Eliyev

“Hapag-Lloyd”-un alyansdan çıxmasının təsiri bir qədər şişirdilib

“ONE” gəmiçilik şirkətinin baş direktoru Ceremi Nikson “Hapag-Lloyd”-un “HMM” və “Yang Ming Marine Transport”-un  da daxil olduğu “THE Alliance”-dən çıxmasının təsirinin əhəmiyyətsiz olacağını söyləyib. Bu, trans-Sakit okean ticarətində xüsusilə kiçikdir, çünki alman daşıyıcısı alyansda kiçik tonaj payına malikdir.

“Seanews.az” xəbər verir ki, Con Nikson bunu Lonq-Biçdə keçirilən beynəlxalq konfransların birində deyib.

Üstəlik, “ONE”-nin rəhbəri “Hapag-Lloyd”-dan sonrakı həyat” mövzusunda optimist idi və “ONE”-nin bu il ərzində “THE Alliance”-dən asılı olmayaraq xidmətlərə başlayacağını deyib.

Öz növbəsində, “Hapag-Lloyd”-un baş direktoru Habben Yansen “ONE”-nin Yaponiya daşıyıcısının alyansdan asılı olmayaraq xidmətləri planlaşdırması barədə açıqlamasına təəccüblənib. 

Xatırladaq ki, bu il yanvarın ortalarında “Hapag-Lloyd”  gəmiçilik şirkətinin “THE Alliance” birliyindən çıxdığını və “Maersk - Gemini Cooperation” ilə alyans yaratdığını elan edib. Yeni alyans 90% cədvəl etibarlığına nail olmağı planlaşdırır.

“Kağızda hər şey çox gözəl görünür. Amma bu, praktikada işləyəcək”, - “Alphaliner” gələcək alyansın niyyətlərini şərh edib.

“Həqiqətən də, təcrübəli mütəxəssislər xatırlayırlar ki, servis xidmətləri lazım olduğu kimi işləməyib: idxal yükləri bir neçə gün liman qovşağında ilişib qalıb və ixrac yükləri yüklənmə üçün vaxtında gəmiyə çatmayıb. Buna görə də, yükgöndərənlər adətən birbaşa gəmi səfərlərinə üstünlük verirlər”, - “The Loadstar” izah edir.

“Biz “Maersk” ilə yeni əməliyyat strategiyamızı müzakirə edəndə bəzi şübhələr də var idi. Lakin tərəfdaşlarımız əmin idilər ki, servis xidmətləri effektiv şəkildə həyata keçirilə bilər. Çünki əsas limanlar nə qədər az olarsa, hər şeyin səhv getmə ehtimalı bir o qədər az olar”, - deyə Habben Yansen yekunlaşdırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır