ABŞ ordusu Qırmızı dənizdə husilərin 4 pilotsuz gəmisini məhv edib
ABŞ ordusu Qırmızı dənizdə Yəmənin şimalında hakim olan “Ənsar Allah” hərəkatının (husilər) dörd pilotsuz gəmisini məhv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı X sosial şəbəkəsində bildirib.
"Son 24 saat ərzində ABŞ hərbçiləri Qırmızı dənizdə husilərə məxsus 4 pilotsuz gəmini uğurla məhv edib”, - komandanlığın bəyanatında deyilir.
Qeyd olunub ki, Amerika hərbçiləri gəmiləri ABŞ və koalisiya qüvvələri, eləcə də regiondakı ticarət gəmiləri üçün birbaşa təhdid hesab edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır