Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-05,
Seanews
Heyder Eliyev

Panama kanalında məhdudiyyətlər aradan qaldırılıb

Panama kanalında quraqlıq və dayazlaşma səbəbindən gəmilərin suya oturumu ilə bağlı qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

Bunu “Seanews.az” “Bloomberg”-ə istinadən xəbər verir. 

Administrasiya artıq yağmaq ehtimalı çox olan yağışların noyabr ayına qədər kanalda suyun səviyyəsini daha da artıracağını və vəziyyəti asanlaşdıracağını güman edir.  Hazırda kanalla hər gün 30-32 gəmi hərəkət  ki, bu da quraqlıqdan əvvəl bu su yolundan keçən gəmilərin  sayından azdır.

Xatırladaq ki, quraqlığın ən qızğın çağında kanaldan gündə cəmi 24 gəminin keçməsinə icazə verilirdi.

Kanal rəhbərliyi su təchizatını artırmaq üçün Panama şəhərindən təxminən 40 mil qərbdə yerləşən Rio İndioda bənd tikmək imkanını da öyrənir. Kanal idarəsinin əməkdaşları köçürülməli olan yerli sakinlərlə danışıqlar aparır. Bu layihə 2 milyard dollara başa gələcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır