Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-05,
Seanews
Heyder Eliyev

İzmir körfəzi məhv olmaq təhlükəsi ilə qarşılaşıb

Türkiyənin İzmir körfəzi məhv olmaq təhlükəsi ilə qarşı-qarşıyadır. Bir neçə gün əvvəl körfəzdən quruya vuran toplu balıq ölümləri və ətrafa yayılan pis qoxunun ardından suda əhatəli araşdırma başladılıb. Müxtəlif bölgələrdən alınan nümunələr üzərində aparılan araşdırma nəticəsində sudakı tullantı sularından çıxan ammonyakın miqdarının mümkün dərəcədən 50 dəfə çox olduğu və bəzi bölgələrdə canlıların qalmadığı müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum məlumat verib.

Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) araşdırma gəmisi ilə körfəzə baxış keçirən nazir hazırda bölgədə elm adamları, valilik və bələdiyyələrin dəstəyi ilə tədqiqatlara başlanıldığını deyib.

Suda aşkarlanan ammonyak miqdarının çoxluğuna diqqət çəkən Murat Kurum bunun səbəbinin məişət və sənaye tullantılarının təmizlənmədən suya qarışması olduğunu, bunun da, ilk növbədə, sudakı canlılar və insanların sağlamlığına ciddi zərər verdiyini bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır