Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-06,
Seanews
Heyder Eliyev

“CMA CGM” Braziliyanın multimodal operatoru “Santos Brasil”-in səhmlərinin 48%-ni alır

“CMA CGM Group” Braziliyanın əsas multimodal operatoru “Santos Brasil Participacoes” şirkətinin səhmlərinin təxminən 48%-ni almaq üçün qəti razılaşma imzalayıb.

“Seanews.az” xəbər verir ki, bu barədə gəmiçilik şirkətinin mətbuat xidməti məlumat yayıb.

“Santos Brasil” Braziliya sahillərində üç konteyner terminalı, avtomobil terminalı, maye yük terminalı və üç logistika obyekti daxil olmaqla 8 aktiv portfelini idarə edir. Bu aktivlər Santos, İmbituba, Vila du Konde, İtaka və San Paulo limanlarında yerləşir.

Santos limanında yerləşən “Tecon Santos” Terminalı Cənubi Amerikanın 2,5 milyon TEU tutumu və yaxın gələcəkdə 3 milyon TEU-ya qədər genişləndirilməsi ehtimalı ilə ən böyük konteyner terminalıdır. Terminalın 14 min TEU tutumlu gəmilərdə yük əməliyyatı həyata keçirmək üçün üç yanalma körpüsü var.

Sövdələşmənin 2025-ci ilin birinci rübündə, Braziliyanın müvafiq orqanlarının razılığı ilə bağlanacağı gözlənilir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır