Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-06,
Seanews
Heyder Eliyev

“Grimaldi” konsorsiumu “Heraklion Port Authority”-nin əksər səhmlərini alacaq

“Grimaldi Euromed” və “Minoan Lines” şirkətlərindən ibarət konsorsium “Heraklion Port Authority” (“HPA”) şirkətinin əksər səhmlərini (67%) əldə edəcək.

“Seanews.az” Yunanıstanın Aktivlərin İnkişafı Fondunun (“HRADF”) saytına istinadən xəbər verir ki, əməliyyatın həcmi 80 milyon avro təşkil edəcək.

Fond Yunanıstanda limanların və digər ictimai aktivlərin özəlləşdirilməsi proqramının həyata keçirilməsinə cavabdehdir və Yunanıstan Milli Fondunun üzvüdür. “Heraklion Port Authority” səhmlərinin alınması üzrə sövdələşmə “HRADF” tərəfindən idarə olunan aktivlərin özəlləşdirilməsi proqramında növbəti addım idi.

Qərargahı İtaliyanın Neapol şəhərində yerləşən “Grimaldi” gəmiçilik qrupu Grimaldi ailəsinə məxsusdur və bu gün Ro-Ro gəmilərindən ibarət ən böyük şirkətlərdən birinin sahibi və operatorudur. Xətti gəmiçilik şirkəti iri ölçülü yüklərin, təkərli nəqliyyat vasitələrinin və konteynerlərin dəniz daşınması üzrə ixtisaslaşmışdır. Qrupun donanmasına 130 gəmi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır