Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-24,
Seanews
Heyder Eliyev

Şimal ölkələri Baltik dənizində gəmilərə nəzarəti gücləndirir

Britaniyanın rəhbərlik etdiyi “Joint Expeditionary Force” (“JEF”) birliyi  “şübhəli gəmilərin hərəkətini aşkar etmək” üçün Baltik dənizində fəaliyyətini gücləndirmək qərarına gəlib.

“Seanews.az” xəbər verir ki, İsveç hökumətinin mətbuat üçün şərhində belə deyilir.

"Bu, sözdə birgə fəaliyyəti gücləndirmək yolu ilə həyata keçirilir. Məqsəd şübhəli gəmi hərəkətlərini tez bir zamanda müəyyən etmək və ölkələrin birgə hərəkət etmək imkanlarını artırmaqdır", - İsveç səlahiyyətliləri bildirib.

“Joint Expeditionary Force” on Skandinaviya ölkəsinin regional müdafiə birliyidir.  Birliyə Böyük Britaniya, Danimarka, İslandiya, Latviya, Litva, Hollandiya, Norveç, Finlandiya, İsveç və Estoniya daxildir. 2014-cü ildə yaradılan “JEF” daimi hərbi kontingent deyil. İştirakçı ölkələr vaxtaşırı birgə hərbi təlimlər keçirirlər.

Dekabrın 25-də qəza vəziyyətinə görə Finlandiya və Estoniya arasında Finlandiya körfəzinin dibindən keçən “EstLink 2” kabeli ilə enerji verilməsi dayandırılıb. Hadisədən sonra Finlandiya polisi və sərhədçiləri Kuk adaları bayrağı altında üzən “Eagle S2” neft tankerini kabelə ziyan vurmaqda şübhəli bilərək saxlayıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır