Tayvanın üç böyük gəmiçilik şirkəti gəlirini 60% artırıb
Tayvanın üç ən böyük gəmiçilik şirkəti: “Evergreen Shipping”, “Yang Ming Shipping” və “Wanhai Shipping” 2024-cü ildə gəlirlərini təxminən 60% artırıb.
“Seanews.az” xəbər verir ki, bu artım, əsasən, Çin Yeni ili öncəsi pik mövsümdə konteyner yüklərinin daşınması və dəniz yükdaşımaları tariflərinin davamlı artımı hesabına əldə edilib.
“Evergreen Shipping”-in 2024-cü ilin dekabr ayında gəliri 2023-cü ilin dekabrından 61,4% çox olub və təxminən 1,16 milyard ABŞ dolları təşkil edib. Bütün ötən il ərzində şirkət 14 milyard dollar gəlir əldə edib ki, bu da əvvəlki ilə nisbətən 67,5% çoxdur.
“Yang Ming Shipping”-in 2024-cü il üçün gəliri 58,4% artaraq 6,76 milyard dollara, o cümlədən dekabrda 62% artaraq 520 milyon dollara çatıb.
“Wanhai Shipping” keçən il 61,5% artımla 4,91 milyard dollar gəlir qazanıb. Dekabrda şirkət təxminən 440 milyon dollar gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 72,2% çoxdur.