Nuyina” buzqıran gəmisinə iki 55 tonluq kran və bir boru kəməri karkası quraşdırı
Antarktikada tədqiqatlar aparmaq üçün Avstraliyanın inşa etdirdiyi “Nuyina” buzqıran gəmisinə iki ədəd 55 tonluq kran və bir boru kəməri karkası quraşdırılıb. Gəminin inşası Rumıniyada “Damen Shipyards Galati”-də həyata keçirilir. Təhvili 2020-ci ilin ortalarına planlaşdırılır. Buzqıran gəmi Hobart limanına yerləşdiriləcək. Onun istismar müddətinin 30 il olacağı nəzərdə tutulur. “Nuyina” buzqıran gəmisi, “Aurora Australis”-i əvəz edəcək. “Nuyina” sözü, “Aurora Australis” sözü kimi Tasmaniya aborigenlərinin dilindən tərcümədə “cənub işıqları” deməkdir. Gəmiyə bu adı Avstraliya məktəbliləri veriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır