İran yerli gəmiqayırma zavodlarında 200 gəmi inşa etməyi planlaşdırır
İran 200 yük gəmisi inşa edəcək.
"Seanews.az" xəbər verir ki, bu barədə İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani açıqlama verib. O bildirib ki, dəniz inkişafı proqramına uyğun olaraq 200 yeni kargo gəmisinin inşası üçün 300 milyon avro sərmayə yatırılacaq.
Rəhmani, hökumətin sözügedən investisiya planı nəticəsində 100.000 insanın işlə təmin olunacağını da sözlərinə əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır