Rusiyada tanker partlayıb, ölənlər var
Rusiyada Naxodka dəniz limanında "Amerika körfəzi" tankerində partlayış baş verib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, yük göyərtəsində hava-qaz qarışığının partlaması nəticəsində iki nəfər ölüb.
Qeyd olunur ki, göyərtədə, ümumilikdə, 12 nəfər olub. Hazırda 1 nəfər itkin düşüb, axtarış tədbirləri həyata keçirilir. Gəmidə yanğın olmayıb. Faktla bağlı cinayət işi açılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır