Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-04,
Seanews
Heyder Eliyev

Yaponiya sahillərində "ruh gəmi" peyda olub

Cümə günü Yaponiyanın Sado adası sahilində görülən “ruh gəmi”nin içindən 5 cəsəd və 2 adam başı tapılıb.

Ciddi zədələnmiş gəminin divarlarında Koreya hərfləri əks olunub. Yapon polisi başların gəmidəki cəsədlərə məxsus olub-olmadığını yerli mediaya təsdiq edə bilməyib. Bildirilib ki, cəsədlər artıq “qismən skelet” olub. Bu göstərir ki, qurbanlar uzun müddət dənizdə qalıblar. 

Şimali Koreyadan olduğuna inanılan "ruh gəmilər"in Yapon sahillərində görülməsi adi haldır. Onların içi adətən boş olur və ya orada yalnız insan qalıqlarına rast gəlinir. Bu cəsədlərin sahiblərinin qış vaxtı soyuq və ya aclıqdan ölməsi ən ağlagələn versiyalardır. Əvvəlki hadisələrdə "ruh gəmilər"də tapılmış heyətlərin Şimali Koreya lideri Kim Çen Inın repressiv rejiminin nəticəsi və ya casusu olması barədə fərziyyələr olub. Lakin kasıblığın Şimali Koreya sakinlərini evdən xeyli uzaqlarda balıq tutmağa məcbur etməsi də istisna edilmir. 2017-ci ildə bir balıqçı heyəti üzən gəminin göyərtəsində sağ-salamat tapılıb və onlar Şimali Koreyaya göndərilmələrini istəyiblər.

BBC News


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır